Türkiyənin valyuta ehtiyatları yenidən azalır - RƏQƏMLƏR

Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatlarında azalma davam edir.
Sfera.az xəbər verir ki, TCMB-nin ehtiyatları 2026-cı ilin yanvarında 218,2 milyard dollara yüksəldikdən sonra azalır. Bu məbləğ TCMB-nin tarixində ən yüksək məbləğ idi.
2026-cı ildə ehtiyatlar ən aşağı həddə iyunda düşüb. Həmin tarixdə TCMB-nin ehtiyatları 145 milyard dollar olmuşdu.
Sonrakı aylarda ehtiyatlar yenidən artım mərhələsinə keçdi və avqustda 188 milyard dolları ötdü.
Amma sentyabrdan əks dinamika başlayıb və hələ də ehtiyatlar azalır. Son məlumata əsasən, ehtiyatların həcmi 171 milyard dollara geriləyib.
Son bir ayda ehtiyatların azalmasına lirənin sürətlə ucuzlaşması da təsir edib. TCMB ucuzlaşmanı zəiflətmək üçün bazara müdaxilə etdiyi bildirilir. Son ayyarımda dollar lirə qarşısında 47,5-dən 49,2 həddinə qədər yüksəlib.
Ekspertlər deyir ki, yaxın həftələrdə fond bazarlarındakı gərginlik səbəbindən ehtiyatlarda cüzi azalma və ya dalğalanma davam edə bilər. Lakin ilin sonuna doğru Mərkəzi Bankın nəzarəti tam bərpa etməsi və sərt pul siyasəti sayəsində kəskin eniş trendinin dayanacağı və ehtiyatların sabitləşəcəyi proqnozlaşdırılır.
Vasif






