Azərbaycan Türkiyəyə qaz ixracını 4% azaldıb

Azərbaycan Türkiyəyə qaz ixracını 4% azaldıb

 

2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr "Şahdəniz-1" yatağından hasil olunan qaz ixrac edib.

 

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya əsasən qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.

 

Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxalının 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, apreldə Türkiyə 4 mlrd. 250,26 mln. kubmetr (19,61% artım) qaz idxal edib.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
 

Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub.

 

"Şahdəniz" yatağının işlənməsi üzrə saziş 1996-cı ilin iyunun 4-də Bakıda imzalanıb və oktyabr ayının 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihənin səhmdarları bunlardır: BP (operator, 28,8%), "Petronas" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%). (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü izlədikcə, bir daha fərqinə varırsan ki, 44 günlük Vətən müharibəsində əldə etd...

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...