Mərkəzi Bankın valyuta ehtiyatları bir qədər də artdı

Kateqoriya məlum deyil
T
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında artım davam edir.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ehtiyatların həcmi 2026-cı ilin sentyabrında 62,1 milyon dollar artaraq 15 milyard 363 milyon dolları ötüb.
Bu məbləğ Mərkəzi Bankın tarixində sahib olduğu ən böyük valyuta məbləğidir.
2026-cı ilin geridə qalan 9 ayı ərzində ehtiyatların həcmi 3,85 milyard dollar (33,4 faiz), son bir ildə isə 4,053 milyard dollar (35,8 faiz) artıb.
Vasif






