Yeni gərgin vəziyyət: Hökumətlər 1 trilyon dollar xərcə düşəcək

Yeni gərgin vəziyyət: Hökumətlər 1 trilyon dollar xərcə düşəcək
Kateqoriya məlum deyil
T

Birləşmiş Millətlər Təşkilatının araşdırmasına əsasən, hökumətlər İran müharibəsi və digər böhranların yaratdığı yüksək enerji qiymətlərindən istehlakçıları qorumaq imkanlarını tədricən itirirlər. Buna görə yalnız 2026-cı ildə yanacaq subsidiyalarının ümumi dəyərinin 1 trilyon dolları keçəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) hesabatına görə, artan borclanma xərcləri və tarixin ən güclü hava hadisələrindən biri olmağa doğru gedən "El Niño" səbəbindən, ərzaq və enerji qiymətlərinin təsirini azaltmaq üçün tətbiq edilən qlobal tədbirləri davam etdirmək çətinləşəcək.

Neftin bir barrelinin qiymətinin 100 dollar ətrafında dəyişməsi və yüksək borc xərcləri onsuz da çətin vəziyyətdə olan dövlət büdcələri daha da sıxışdırır. Hökumətlər əhalinin xərclərinin sürətlə artmaması üçün qiymət məhdudiyyətləri, subsidiyalar və vergi güzəştləri tətbiq etmək məcburiyyətində qalırlar ki, bu da qarşıdakı aylarda hökumətləri daha çətin maliyyə vəziyyəti ilə üz-üzə qoyacaq.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Enerji Agentliyinin məlumatlarını araşdıran UNDP analizi göstərir ki, müharibənin təsirləri davam edərkən, aprel və sentyabr ayları arasında müxtəlif yardım tədbirlərinə başlayan ölkələrin sayı demək olar ki, iki dəfə artıb.

Xərclər yüksəldikcə ölkələr istehlakçılara verilən dəstəyi artırır, hökumətlər beş ay ərzində yanacaq vergisi endirimlərini, subsidiyaları və qiymət məhdudiyyətlərini daha da genişləndiriblər.

Sentyabr ayında dünya üzrə 26 UNDP ofisi ilə keçirilən sorğu nəticəsində məlum olub ki, bu ofislərdən 25-i Yaxın Şərq böhranının növbəti altı ay ərzində əsas prioritet olaraq qalacağını və ya daha da böyüyəcəyini gözləyir, həmçinin qurumun bütün bölmələri ən pis ssenarinin hələ qarşıda olduğunu proqnozlaşdırır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR