Dollar 9 aylıq minimuma endi

Dollar 9 aylıq minimuma endi

Bugünkü ticarət sessiyasında ABŞ dollarının indeksi 0,11% zəifləyərək 95,911 bənd səviyyəsinə çatıb ki, bu da ötən ilin oktyabr ayından etibarən minimal göstəricidir.

Ötən həftə dolların indeksi 97 bəndədək bahalaşa bilib.

İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni uçot dərəcəsinin 0,25% artırılmasının vaxtının çatdığını bəyan etdikdən sonra funt sterlinq dollara qarşı üstünlüyünü qorumaqdadır. Hazırda funt sterlinqin məzənnəsi 0,2% möhkəmlənərək 1,2953 dollara çatıb. Buna baxmayaraq, funt sterlinq iyunun 9-da yüksəldiyi 1,2977 dollar səviyyəsindən bir qədər aşağıda ticarət olunur.

Avro da dollara qarşı 0,2% möhkəmlənərək 1,1397 dollara çatıb. Avronun möhkəmlənməsinə dəstək verən əsas amil Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin açıqlamasıdır. Belə ki, Portuqaliyada təşkil olunan konfransda Avropanın baş bankiri kəmiyyət yumşaldılması proqramının bu il ərzində dayandırıla biləcəyinə işarə edib.

Dollar Yaponiya yeninə qarşı da ucuzlaşıb. Bugünkü ticarət sessiyasında dollar 112,23 yenə ticarət olunur ki, bu da mayın 17-də qeydə alınan maksimumdan (112,495) aşağıdır. Yaponiya Mərkəzi Bankının rəhbərliyi hesab edir ki, indiki şəraitdə olduqca yumşaq siyasət davam etdirilməlidir. Belə ki, hazırda Yaponiyada inflyasiya hədəflənən 2% səviyyəsindən olduqca aşağıdır. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...