"Formula 1" iqtisadi aktivliyi artırır: 500 milyon manatlıq təsir

"Formula 1" iqtisadi aktivliyi artırır: 500 milyon manatlıq təsir
Kateqoriya məlum deyil
T

Bakıda keçirilən "Formula 1" yarışları Azərbaycan iqtisadiyyatına faydası böyükdür.

Bu fikirləri iqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib.

G.Hüseynova deyib ki, "Formula 1" yarışının keçirilməsi zamanı dövlət büdcəsindən müəyyən vəsait xərclənsə də, həmin xərclərin bir hissəsi müxtəlif iqtisadi fəaliyyətlər vasitəsilə ölkəyə qayıdır.

Onun sözlərinə görə, yarışın keçirilməsi turizm sahəsinə, restoran və kafelərdə, eləcə də pərakəndə ticarət obyektlərində satış həcminə, bundan başqa nəqliyyat, xüsusilə taksi xidmətlərinə tələbatın artmasına təsir göstərir.

İqtisadçı qeyd edib ki, "Formula 1"in şəhər iqtisadiyyatına real maliyyə təsirini dəqiq müəyyənləşdirmək çətindir:

“Qeyri-rəsmi mənbələrə əsasən, bu rəqəm 500 milyon manatdan çoxdur. Əsas məsələ isə bu cür yarış və beynəlxalq tədbirlərin Azərbaycanın beynəlxalq arenada tanınmasına, ölkənin iqtisadi və siyasi potensialının nümayiş etdirilməsinə, həmçinin xarici investorların cəlb olunmasına verdiyi töhfədir”.

G.Hüseynova deyib ki, işğaldan azad edilmiş ərazilərdə xarici şirkətlərin fəaliyyət göstərməsi və bölgəyə xarici investisiyaların yatırılması da uzun illər ərzində həyata keçirilən tədbir və layihələrin nəticələrindən biri kimi qiymətləndirilə bilər:

""Formula 1" zamanı kafe, restoran və nəqliyyat sektorunda qiymətlərə ciddi nəzarət vacibdir. Məqsədli şəkildə qiymətlərin şişirdilməsi Azərbaycanın turizm və iqtisadi imicinə mənfi təsir göstərə, nəticədə turist axınının azalmasına səbəb ola bilər".

O, turistlər üçün ödəniş imkanlarının da genişləndirilməsinin vacib olduğunu söyləyib:

"Xarici turistlər küçə və ərazilərdə bank axtarmadan, rahat şəkildə POS terminallardan istifadə edərək kartla ödəniş edə bilməlidirlər. Otel və digər yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması da növbəti illərdə turizm sektoruna müsbət təsir göstərəcək".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR