"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşdü

"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşdü
Kateqoriya məlum deyil
T

İki həftəlik fasilədən sonra "Brent" neftinin qiyməti yenidən 100 dollardan aşağı düşüb.

Sfera.az xəbər verir ki, bu gün "Brent" nefti daha 2 faiz ucuzlaşaraq 98 dollara satılıb.

Xatırladaq ki, "Brent" neftinin qiyməti bu ilin sentyabrın 9-da 100 dolları ötmüşdü. Hətta qiymət səviyyəsi sentyabrın 15-də 109 dolalra çatdı. Amma Fars körfəzində gərginliyin azalmasından sonra qiymətlər yenidən enişə keçdi və bu gün 100 dolların altına düşdü.

Hazırda investorlar neft qiymətlərinin daha da düşəcəyinə ümid edirlər. Qiymətərin hansı səviyyəyə qədər geriləcəyini isə indidən proqnozlaşdırmaq çətindir.

Qiymətləndirmələrə əsasən, əgər vəziyyət gərginləşməsə qiymətlər 85 dollar səviyyəsinə qədər düşməsi realdır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR