"Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT

"Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT
Kateqoriya məlum deyil
T

Dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin"in qiyməti 84 min dolları ötüb.

Sfera.az xəbər verir ki, son bir ayda "Bitcoin"in dəyəri təxminən 20 min dollar artıb.

Bir ay əvvəl "Bitcoin"in qiyməti 64 min dollar idi.

Son bir ayda "Bitcoinin" kəskin bahalaşması bir neçə mühüm makroiqtisadi və tənzimləyici amillərlə bağlıdır.

Kriptovalyuta bazarında sentyabr ayında müşahidə olunan bu rallinin əsas hərəkətverici qüvvəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) tokenləşdirilmiş səhmlərin blokçeyn üzərindən ticarətinə 5 illik innovasiya azadlığı verməsi və digər tənzimləyici addımlarıdır. Bu addım ABŞ Senatında rəqəmsal aktivlərin tənzimlənməsini nəzərdə tutan CLARITY qanun layihəsinin uğursuzluğa düçar olmasının mənfi təsirini tamamilə neytrallaşdıraraq institusional investorlar arasında böyük etimad yaradıb.

Bununla bərabər ABŞ-nin spot "Bitcoin" ETF-lərinə xüsusilə Fidelity (FBTC) və BlackRock (IBIT) fondları vasitəsilə yüz milyonlarla dollarlıq xalis pul axınının yenidən bərpa olunması bazarda birbaşa alış təzyiqi formalaşdırıb.

Makroiqtisadi tərəfdə isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti, qlobal likvidliyin artması və Yaxın Şərqdə gərginliyin qismən səngiməsi ilə neft qiymətlərinin düşməsi inflyasiya qorxularını azaldaraq riskli aktivlərə marağı artırıb. Qiymətlərin sürətli şəkildə 80 min dollar psixoloji həddini keçməsi isə bazarda enişə mərc edən minlərlə treyderin mövqelərinin məcburi bağlanmasına səbəb olaraq kəskin qiymət sıçrayışını daha da sürətləndirib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR