Bu banka yeni sədr təyin edilib
15:10 / 19.06.2017
1192
Bu gün "Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Yığıncaqda Bankın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Orxan Hüseynova həvalə olunub.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. (report)
Sfera.az