Bakıda bank ofisləri satışa çıxarılıb

Bakıda bank ofisləri satışa çıxarılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv olunmuş "Atrabank” Açıq Səhmdar Cəmiyyətinin balansında olan iki binanı auksiona çıxartmağı planlaşdırır.


Bunlardan biri – "Atrabank”ın Ziya Bünyadov prospektində ( Nərimanov rayonu) yerləşən, ümumi sahəsi 1157, 7 kv.m olan 4 mərtəbəli inzibati binasıdır. Binanın satış üçün başlanğıc qiyməti 2 milyon 363, 25 min manatdır.

Bundan başqa fond auksion vasitəsi ilə Qara Qarayev prospektindəki ( Nizami rayonu) ümumi sahəsi 436, 2 kv.m olan qeyri-yaşayış sahəsini də satmağı planlaşdırır . Başlanğıc qiymət – 1 мilyon 10,19 min manatdır.

Əvvəllər də qeyd edildiyi kimi AƏSF "Atrabank”ın bazar qiyməti 14 milyon ( balans qiyməti 37 milyon manat) manat dəyərində olan bütün əmlakını hərraca çıxartmaq fikrində olub. Əmlakın satılmasında kreditorların tələbi nəzərə alınacaq.

Atrabank Azərbaycan Mərkəzi Bankından 22 milyon manat borc götürüb. Bankın ümumi öhdəliyi 89 milyon manatdır.

Azərbaycan Mərkəzi Bankı 2016-cı il yanvarın 27-də Atrabankın lisenziyasını ləğv edib. Buna səbəb bankın 50 milyon manat məbləğində minimal məcmu kapital tələbinə əməl etməməsi, kreteditorlar qarşısında öhdəlikləri yerinə yetirməməsi, etibarlı qaydada fəaliyyət göstərməməsidir.

Qeyd edək ki, Atrabank 1992-ci ildə yaradılıb. (interfax.az)

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...