Məşhur motosiklet istehsalçısı satılacaq

Məşhur motosiklet istehsalçısı satılacaq
Kateqoriya məlum deyil
T

"Volkswagen" restrukturlaşdırma planının bir hissəsi olaraq motosiklet istehsalçısı "Ducati"ni satmağı düşünür.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "Volkswagen" 2000 biznesindən 600-nü satmaq istəyir.

Onların arasında İtaliya brendi olan "Ducati" də var.

Şirkətdən verilən məlumata əsasən, bununla bağlı yekun qərar yoxdur. Amma şirkət satılacaq bizneslər arasında "Ducati"ni də nəzərdən keçirir.

Qeyd edək ki, "Ducati"nin mərkəzi Boloniya şəhərindədir. Bu şirkətin dəyəri təxminən 1,25 milyard avro (1,5 milyard dollar) ola bilər.

Avropanın ən böyük avtomobil istehsalçısı olan "Volkswagen" ötən həftə özünün biznes və holdinq portfelinin təxminən üçdə bir hissəsini azaltmağı nəzərdə tutan restrukturlaşdırma paketini təsdiqlədi. İyun ayında qrup, təxminən 7,4 milyard avro gəlir əldə etməsi gözlənilən "Everlence" dəniz mühərriki bölməsinin 51 faizini satmağa razı olub.

Xatırladaq ki, "Ducati" 2012-ci ildə "Volkswagen"in tərkibində olan "Audi" tərəfindən alınıb. "Ducati" dünyada ən bahalı motosiklet istehsalçılarından sayılır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR