Nazirliklər işçi axtarır: 4 min manata yaxın maaş
Kateqoriya məlum deyil
Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.
Sfera.az Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.
Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:
Mədəniyyət Nazirliyi - bir vəzifə üzrə 1 yer;
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - iki vəzifə üzrə 2 yer;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - yeddi vəzifə üzrə 7 yer;
Energetika Nazirliyi - iki vəzifə üzrə 2 yer;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi - üç vəzifə üzrə 3 yer;
Gənclər və İdman Nazirliyi - on bir vəzifə üzrə 11 yer;
Müdafiə Sənayesi Nazirliyi - üç vəzifə üzrə 3 yer.






