SOCAR 86,3 milyard manat gəlir əldə edib - RƏQƏMLƏR

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib.
Sfera.az xəbər verir ki, SOCAR-ın açıqladığı məlumata əsasən, əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3 milyard manat olub.
SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub.






