Samir Şərifov: \"Dövlət borcu ilə bağlı strategiya hazırlanır\"

Samir Şərifov: \

 

"Azərbaycanda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür".

 

Bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, hökumət tərəfindən yeni fiskal qaydaların hazırlanması istiqamətində də işlər davam etdirilir.

 

Bundan başqa, maliyyə naziri əlavə edib ki, dövlət borcunun idarə olunması ilə bağlı strategiya hazırlanır. "Bu sənədlər ölkədə iqtisadi sabitliyin qorunması, xarici şokların qarşısının alınması və neytrallaşdırılmasına xidmət edəcək", - deyə o vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR