Azərbaycanlı alim G20-yə dəvət olunub

Azərbaycanlı alim G20-yə dəvət olunub

Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayın 28-də Berlində öz işinə başlayacaq.

Sfera.az xəbər verir ki, sammitdə iqtisadçı alim Vüqar Bayramovun qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirakı və bir sıra panellər üzrə çıxışı nəzərdə tutulub.

Sammitdə Almaniya, İsveç, eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı, George Akerlof, Edmund Strozer Felps, Maykl Spens kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcək.

Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda, qlobal maliyyə sistemi və hətta Türkiyə-Avropa Birliyi ilə bağlı məsələlərə toxunulması da nəzərdə tutulur.

Sammitdə dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclərlə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub.

Üç gün davam edəcək görüşdə bu ilin iyulunda Hamburq şəhərində G20 ölkələrinin liderlərinin iştirak ilə keçiriləcək sammitdə beyin mərkəzlərinin töhfəsi məsələləri də müzakirə mövzusu olacaq.

Qeyd edək ki, G20-yə hazırda Almaniya sədrlik edir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR