Azərbaycana idxal kəskin azalıb - RƏQƏMLƏR

Bu il Azərbaycana idxalda kəskin azalma müşahidə edilir.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında idxal real ifadədə (inflyasiya nəzərə alınmadan - red.) 46,8 faiz azalıb.
İdxalın kəskin azalması qeyri neft-qaz sektorunda olub. Azərbaycan idxalının böyük hissəsini məhz qeyri neft-qaz malları təşkil edib. Burada 45,5 faiz azalma qeydə alınıb.
Bəs idxalda azalma ən çox hansı məshullarda qeydə alınıb?
Real ifadədə ən çox azalma minik avtomobillərinin idxalında baş verib. Burada 40 faiz azalma olub. Dəyər ifadəsində də minik avtomobillərinin idxalı xeyli azalıb. Əvvəlki ilin ilk 5 ayında minik avtomobilləri idxalına 705 milyon dollar xərcləndiyi halda bu ilin eyni dövründə 430 milyon dollar xərclənib.
Real ifadədə böyük azalma dərman idxalında da baş verib. Burada idxalda real azalma 34 faiz olub.
Bundan başqa polad prokatı məhsullarında 10,3 faiz, şokaladlarda 15,6 faiz, ayaqqabılarda 13 faiz, məişət kondisionerlərində 20 faiz, kartofda 22,5 faiz real azalma baş verib.
Vasif
