Bədbəxt hadisə zamanı 13 nəfər ölüb

Bədbəxt hadisə zamanı 13 nəfər ölüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

 

Şöbə müdiri bildirib ki, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunan bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib.

 

"Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələri əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”, - deyə şöbə müdiri vurğulayıb.

 

E.Babayevin sözlərinə görə, qeyd olunan dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, habelə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsinin təmin olunması və s. ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işlərini də davam etdirib. İşəgötürənlərə əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartların tətbiqi barədə metodiki köməkliklər göstərilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...