Logo

Manatın MƏZƏNNƏsi

Manatın MƏZƏNNƏsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənilər Moskvada Qələbə günü növbəti təxribat planlaşdırıblar.

Sfera.az virtualaz-a istinadən xəbər verir ki, AzRu.org nəşrinin məlumatına görə, 9 May bayramı adı altında ermənilər "Şuşanın azad edilməsi" adlı gecə keçirmək niyyətindədirlər.

"Ayın 9-da "Perfect" restoran kompleksində Şuşanın azad edilməsinə həsr edilmiş "Qarabağ Party" gecəsi keçiriləcək. Qonaqları çoxsaylı sürprizlər, mükafatlar gözləyir, bütün gecə boyu artistlərin çıxışı gözlənilir. Gecənin xüsusi qonaqları - Karen Boksyan və Mart Babayandır. Əhval-ruhiyyənizin yüksək səviyyədə olacağına və vaxtınızın şən keçəcəyinə zəmanət veririk", - deyə tədbir təşkilatçılarının yaydığı elanda bildirilir.

Qeyd edək ki, "Perfect" restoran kompleksi Moskva şəhəri, marşal Tuxaçevski küç. 41, korp. 1 ünvanında ("Oktyabrskoye pole" metro stansiyası) yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR