Qızılın qiyməti 4000 dollardan aşağı düşdü - Daha da ucuzlaşacaq

Qızıl qiymətlərində eniş davam edir.
Sfera.az xəbər verir ki, dünən və bu gün nəcib metalın bir troya unsiyasının (31,1 qram) dəyəri 4000 min dollardan aşağı olub.
ABŞ-İran müharibəsinin dayanması, Amerika Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini artıracağına dair gözləntilərin dolları bahalaşdırması qızılı ucuzlaşdırır.
Birja ekspertləri bu il FED-in faizlərin artırılmasına dair üç dəfə qərar qəbul ediləcəyini gözləyirlər. Bu ehtimal real olarsa dollar bahalaşacaq və bunun nəticəsində qızıl ucuzlaşacaq.
ABŞ dolları çərşənbə günü ardıcıl üçüncü gün yüksələrək 13 ayın ən yüksək səviyyəsinə çatıb. Bu, qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha bahalı etdi.
Xatırladaq ki, qızılın dəyəri 2026-cı ilin yanvarın sonunda 5400 dollara yüksəlmişdi. Son 5 ayda qızılın dəyəri 1400 dollar və ya 26 faiz enib.
Vasif
