Bir nəfərin aylıq xərci 644 manatı ötüb - STATİSTİKA

Bir nəfərin aylıq xərci 644 manatı ötüb - STATİSTİKA
Kateqoriya məlum deyil
T

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 644,5 manat pul xərcləyib.

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,9 manat çoxdur.

Ötən il bir istehlakşı ayda orta hesabla 586,6 manat xərcləmişdi.

Adambaşına düşən xərcin çox hissəsi ərzaq və qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Bir ayda adambaşına ərzağa 275,7 manat, qeyri-ərzağa 221,2 manat xərclənib.

Pullu xidmətlərə xərclənən vəsait isə 147,6 manat olub.

Vasif

Sfera.az

PAYLAŞ