Logo

Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Unibank KB ASC “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub.

Beynəlxalq sammit Azərbaycan Respublikasının Mərkəzi Bankı,Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları və digər tərəfdaş qurumların dəstəyi ilə keçirilib.

Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksək səviyyəli platforma kimi nəzərdə tutulub.

Unibank nümayəndələri sammitdə spiker qismində çıxış edib. Sammitin keçirildiyi məkanda bankın korporativ stendi nümayiş etdirilib. Stendi ziyarət edən tədbir iştirakçılarına bankın fəaliyyəti, məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib.

Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olubUnibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub — foto 1
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub — foto 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR