Qızıl ucuzlaşdı
İqtisadiyyat
09:20 / 03.05.2017
1001
Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 20 949,89 bəndədək, S&P 500 0,12% - 2 391,17 bəndədək, NASDAQ 0,06% - 6 095,37 bəndədək bahalaşıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,64% - 7 250,05 bəndədək, Almaniya DAX-ı 0,56% - 12 507,90 bəndədək, Fransa CAC-40-ı isə 0,70% - 5 304,15 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,50 dollar azalaraq 1 256,50 dollara, gümüş isə 0,03 dollar artaraq 16,86 dollara satılıb.