Maskın trilyoner olmasına o töhfə verib

Maskın trilyoner olmasına o töhfə verib
Kateqoriya məlum deyil
T

Avstraliyanın ən varlı qadını və dünyanın ən zəngin qadınlarından biri olan Cina Raynhart (Gina Rinehart) mədənçilik şirkəti "Hancock Prospecting" vasitəsilə SpaceX-in səhmlərinə 1 milyard dollardan çox vəsait yatırıb.

Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən investisiya "Hancock Prospecting" şirkətinin dəmir filizi hasilatı sektorundan kənarda həyata keçirdiyi ən böyük birdəfəlik sərmayə hesab olunur. Həmçinin bu yatırımın SpaceX-in sahibi İlon Maskın tarixdə ilk dəfə dollar trilyoneri statusuna yüksəlməsinə töhfə verdiyi qeyd edilir.

“Bloomberg”in məlumatına əsasən, 72 yaşlı Raynhart 36,9 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxsləri siyahısında 60-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, SpaceX ötən həftə tarixinin ən böyük ilkin kütləvi səhm yerləşdirməsini (IPO) həyata keçirib. Nəticədə şirkətin bazar dəyəri 2,1 trilyon dollara çatıb, İlon Maskın sərvəti isə təxminən 1,1 trilyon dollar olaraq qiymətləndirilib.

İnci

Sfera.az

PAYLAŞ