Bu ərzaq məhsulları bahalaşdı - ADLAR

Kateqoriya məlum deyil
T
2026-cı ilin may ayında əvvəlki aya nisbətən ən çox bahalaşan məhsul meyvələr olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mayda meyvələr 1 faiz bahalaşıb. Daha çox bahalaşan meyvələr isə limon, alma, kividir.
Meyvələrlə yanaşı mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8 faiz, ət və ət məhsulları 0,5 faiz, yağlar 0,4 faiz, qənd, şokolad və şirələr 0,4 faiz dəyər qazanıb.
Mayda ən çox ucuzlaşan isə tərəvəzlər olub. Tərəvəzlərdə ümumi qiymət azalması 3,1 faiz təşkil edib. Tərəvəzlərdən xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun dəyəri düşüb.
Bir ayda yumurta 1,8 faiz, balıq və balıq məhsulları 0,4 faiz ucuzlaşıb.
Vasif
Sfera.az
