"TikTok" sahibini varlandırır - Asiyanın ikincisi oldu

Kateqoriya məlum deyil
T
"TikTok"un qurucusu Çjan Yiming hindistanlı iş adamı Mukeş Ambanini keçərək Asiyanın ikinci ən varlı adamı olub.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, "TikTok"un məxsus olduöu "ByteDance" şirkətinin dəyərinin artması və şirkətin süni intellekt sahəsindəki irəliləyişləri Çjan Yimingi xeyli varlandırıb.
"Bloomberg" Milyarderlər İndeksinə görə, Çjanın sərvəti 92,8 milyard dollara çatıb və bu da onun Çinin ən varlı adamı titulunu möhkəmləndirib.
Bu artım, "ByteDance"nin video tətbiqi "TikTok" və "Doubao"nun uğurundan sonra əldə edilib.
Hazırda Asiyanın ən varlı adamı hindistanlı Qautam Adanidir. Onun sərvətinin dəyəri 117,4 milyard dollar qiymətləndirilib.
Vasif
Sfera.az
