Azərbaycanın sığorta bazarı böyüyüb

Azərbaycanın sığorta bazarı böyüyüb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) statistik məlumat açıqlayıb.

 

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

 

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.

 

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur./Trend

PAYLAŞ