Hörmüzün bağlanması Türkiyənin xərclərini artıracaq - PROQNOZ

Hörmüzün bağlanması Türkiyənin xərclərini artıracaq - PROQNOZ
Kateqoriya məlum deyil
T

Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri neftin qiymətindən asılı olaraq 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

 

"Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: əgər neftin qiyməti orta hesabla 100 dollar səviyyəsində qalarsa, ilin sonuna qədər bu, əlavə 13,6 milyard dollar xərc yaradacaq. Əgər qiymət 125 dollar olarsa, xərclər 24 milyard dollara qədər artacaq. Bunlar əlavə xərclərdir", - deyə nazir açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran səbəbindən Türkiyə xəzinəsi təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) vergi itirə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ