Müharibədən sonra neftimizin qiyməti aşağı düşəcək?

Müharibədən sonra neftimizin qiyməti aşağı düşəcək?
Kateqoriya məlum deyil
T

Azərbaycan neftinin qiyməti artıq 100 dolları keçib. Məlum məsələdir ki, bu artım əsasən müharibə ilə bağlı qlobal gərginlik fonunda baş verib. Bildirək ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 

Bəs müharibə dayanatsa və neftin qiyməti kəskin şəkildə aşağı düşərsə, bunun Azərbaycanın iqtisadiyyatına təsiri necə ola bilər?

 

İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, neftin qiyməti nə qədər yüksək olarsa, Azərbaycanın gəlirləri də bir o qədər artar:

 

 

“Bu, aydın və dəyişməz iqtisadi həqiqətdir. Lakin əsas sual budur ki, müharibədən sonra neftin qiyməti düşəcəkmi? Böyük ehtimalla, bəli, müəyyən qədər ucuzlaşma baş verəcək. Amma sual yaranır: qiymət hansı səviyyəyə qədər enə bilər? Mövcud geosiyasi gərginlikləri və regionda baş verən hadisələri nəzərə alsaq, neftin qiymətinin kəskin şəkildə ucuzlaşması o qədər də real görünmür. Hətta müharibə dayansa belə, ehtimal olunur ki, neft uzun müddət təxminən 75-85 dollar aralığında qalacaq. Bu isə Azərbaycan üçün kifayət qədər sərfəli qiymət diapazonudur. Çünki ölkənin dövlət büdcəsi neftin bir barelinin təxminən 65 dollar olması üzərindən hesablanıb”.

 

İqtisadçı əlavə edib ki, qiymətlərin artmasının mənfi tərəfləri də var:

 

“Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, neftin qiymətinin qlobal miqyasda artması digər məhsul və xidmətlərin də bahalaşmasına səbəb olur. Enerji daşıyıcılarının bahalaşması logistika və nəqliyyat xərclərini artırır, bu da istehsalın maya dəyərini yüksəldir. Nəticədə Azərbaycana idxal olunan məhsulların qiymətində də artım müşahidə olunur. Başqa sözlə, neft gəlirlərinin artması iqtisadiyyata əlavə vəsait gətirsə də, paralel olaraq inflyasiya gözləntilərinin yüksəlməsi kimi əks effekt də yarada bilər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ