Neft bahalaşır

Neft bahalaşır

Dünya birjalarında neftin bahalaşması davam edir.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,40% artaraq 52,45 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,33% artaraq 55,42 dollar olub.
 
Ötən həftənin cümə günü "Baker Hughes" neft-servis şirkətinin açıqladığı məlumatlar göstərib ki, ABŞ-da neft buruqlarının sayı 10 ədəd artaraq 672-yə çatıb ki, bu da 2015-ci ilin avqust ayından etibarən maksimal göstəricidir.

Bunun ardınca Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bəyan edib ki, rəsmi Moskva neft hasilatının azaldılması ilə bağlı razılaşmasının müddətinin uzadılmasını istisna etmir. Bu isə bazar iştirakçıları üçün pozitiv siqnal olub. Yeri gəlmişkən, A. Dvorkoviç qeyd edib ki, hasilatın azaldılması ilə bağlı razılaşmanın nəticələri "Rusiyanın gözləntilərindən daha zəif olub".
 
Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, bazarda artıq balans müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...