Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?
Kateqoriya məlum deyil
T

İrana qarşı ABŞ-İsrail koalisiyası müharibəyə başlamazdan öncə "Brent" neftinin qiyməti 72,5 dollar idi. Hazırda isə qiymət 100 dollardan yüksəkdir.  


Sfera.az xəbər verir ki, neft qiymətlərinin artması ilə bağlı paylaşım edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, "Brent" nefti sonuncu dəfə 2022-ci ilin iyununda belə yüksək qiymətə satılıb. 


Bəs niyə neft yeni iş həftəsini bu cür emosional qiymət artımı ilə başladı? 


İ.Şabanın fikrincə, bunun əsas səbəbi Səudiyyə, İraq, BƏƏ və Küveytin neft hasilatını şənbə günündən başlayaraq azaltmaqları ilə bağlı xəbərlər oldu: "Müharibənin ilk həftəsində bu baş verməmişdi (İraq istisna olmaqla). Çünki hasil edilən neft ehtiyat çənlərində toplanırdı. Onlar dolduqca ixrac imkanlarının daralması ucbatından hasilatın azaldılması məntiqlidir".

 


İ.Şaban mövcud vəziyyətdə neft qiymətlərinin yüksəlməsinin dayana biləcəyini də deyib:

 

"Artıq bu həftə bir sıra iri neft idxalçıları bahalı nefti almamaq üçün özlərinin strateji neft ehtiyatlarından istifadə etməyi başlayacaqlar. O zaman təbii ki, belə hal özünü qiymətlərdə də əks etdirəcək və bu, neftin üzüyuxarı hərəkətinin qarşını alan mane kimi çıxış edəcək. Ən böyük "neft ehtiyatı yastığı" Yaponiyaya məxsusdur - 254 gün idxalsız keçinə bilər. Çinin topladığı neft ehtiyatları açıqlanmır, sirr kimi saxlayırlar. Bununla belə ehtimal olunur ki, 200 günə bəs edər. ABŞ kimi ölkənin 400 milyon bareldn çox strateji neft ehtiyatı mövcuddur".

 

Qeyd edək ki, aşağıdakı cədvəldə Asiya ölkələrinin (Körfəz ölkələrinin əsas ixracı Asiya bazarına yönəlib)  strateji beft ehtiyatları və həmin həcmlərin onların ehtiyaclarını ödəmək üçün neçə gün bəs etməsi göstərilib.


Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ