Logo

"Bank VTB Azərbaycan"da depozitlər azalıb

"Bank VTB Azərbaycan"da depozitlər azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bank VTB Azərbaycan" ASC 2025-ci ili mənfəətlə (9,1 milyon manat) başa vursa da 2024-cü illə müqayisədə bankın xalis mənfəətinin məbləğində azalma qeydə alınıb.

Sfera.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bankın xalis mənfəəti 9,5 milyon manatdan çox idi.

Ötən il bankın xalis mənfəətində 4 faizdən çox azalma qeydə alınıb.

Bankın xalis mənfəəti ilə yanaşaı aktivlərinin həcmi də azalıb. Bu il yanvarın 1-nə "Bank VTB Azərbaycan"ın aktivləri 306,222 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 % azdır.

Aktivlərlə bərabər bankın öhdəlikləri də azalıb. Öhdəliklərin həcmi 9,2 % azalaraq 196,29 milyon manat olub.

Öhdəliklərin azalmasında depozit portfelinin azalması əsas rol oynayıb. Bankın depozit portfeli 10,8 % azalaraq 101,814 milyon manata düşüb. Bir il əvvəl bankda 114 milyon manatdan artıq depozit var idi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR