SOCAR istiqrazları yenidən bahalaşıb - QİYMƏT

SOCAR istiqrazları yenidən bahalaşıb - QİYMƏT

Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib. İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1008 dollara almaq olar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

"PSG Kapital" şirkətindən bildirilib ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 2 milyon 750 min dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...