Logo

Azərbaycan kakao idxalını artırıb

Azərbaycan kakao idxalını artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 137,727 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 12,569 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 31,1 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,65 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb./report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR