Yanacağın bahalaşması fonunda hansı maşınların qiyməti artacaq?

Yanacağın bahalaşması fonunda hansı maşınların qiyməti artacaq?
Kateqoriya məlum deyil
T

İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərində də artım müşahidə oluna bilər.

 

Sfera.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Ai-92 markalı benzin və dizel yanacağının qiymətindəki artım alıcıları daha qənaətcil avtomobillərə yönəldəcək.

 

Ekspertin sözlərinə görə, xüsusilə hibrid və "plug-in hybrid" avtomobillərə marağın artması qaçılmazdır.

 

Eldəniz Cəfərov bildirir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərin qiymətlərində 5-10 faiz civarında artım gözlənilir. Onun sözlərinə görə, hazırda qiyməti təxminən 27-28 min manat olan Çin istehsalı avtomobillərdə 2 500 - 3 000 manat aralığında bahalaşma ehtimalı var. /Xəzər TV

PAYLAŞ