“SpaceX”in testi uğursuzluqla nəticələndi

"SpaceX"in testi uğursuzluqla nəticələndi
Kateqoriya məlum deyil
T

“SpaceX”in yeni nəsil “Starship” raketi üçün hazırladığı ilk “Super Heavy” gücləndirici Texas ştatında aparılan sınaq zamanı zədələnib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin verdiyi məlumata görə, qaz sistemi üzrə təzyiq testi zamanı “anomaliya” qeydə alınıb və nəticədə gücləndiricinin gövdəsi deformasiyaya uğrayıb.

 

Hadisə keçirilən test zamanı baş verib. “SpaceX”i izləyən “LabPadre” qrupunun canlı yayımında gücləndiricinin qəfil əyildiyi və yan hissələrindən qaz buludları çıxdığı görünür. Kadrlarda partlayışın gücləndiricinin xarici gövdəsini zədələdiyi aydın seçilir. Şirkət bildirib ki, xəsarət alan olmayıb və problem struktur dayanıqlıq testindən əvvəl ortaya çıxıb.

 

“SpaceX” bu gücləndiricidən gələn ilin əvvəlində nəzərdə tutulmuş “Starship”in 12-ci nümayiş uçuşunda istifadə etməyi planlaşdırırdı. Lakin baş verən texniki nasazlıq bu planları gecikdirə bilər.

 

Qeyd edək ki, “SpaceX” NASA-nın “Artemis” proqramı üçün “Starship” raketini Ay missiyalarına uyğunlaşdırmaq məqsədilə intensiv inkişaf mərhələsindədir. Layihə 1972-ci ildən sonra ilk dəfə insanları Ay səthinə qaytarmağı hədəfləyən milyardlarla dollarlıq iki mühüm missiyanı əhatə edir. “SpaceX”in sınaqlar zamanı dəfələrlə nasazlıqlarla üzləşməsi bu məqsədlərin həyata keçirilməsini çətinləşdirə bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR