Kredit kartlarıyla əməliyyatlarda rekord – Vəziyyət dəyişir

Kredit kartlarıyla əməliyyatlarda rekord – Vəziyyət dəyişir
Kateqoriya məlum deyil
T

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manata çatıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,8% və ya 992 milyon manat artıb. 


Bəs görəsən, son dövrlərdə kredit kartı əməliyyatlarının həcminin artması hansı amillərlə bağlıdır?


Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit kartları ilə aparılan əməliyyatların artması eyni zamanda kredit götürənlərin sayının artması anlamına gəlmir. 

 

Onun sözlərinə görə, kreditin kartla götürülməsi vacib deyil:

 

“İnsanlar digər yollarla da kredit əldə edə bilərlər. Burada əsas artım kredit kartları vasitəsilə nağdsız əməliyyatların həcminin yüksəlməsi ilə bağlıdır. Yəni vətəndaşlar pulu bankomatlardan çıxarmadan, birbaşa nağdsız şəkildə ödəmə edirlər”.

 


Müsahibimiz qeyd etdi ki, kredit kartı ilə ödəniş zamanı pul dərhal nağdlaşdırılmadığından, insanlar əlavə komissiya və xərclərdən qorunurlar.


Ə.Həsənovun dediyinə görə, bu vəziyyət göstərir ki, nağdsız ödəniş vərdişləri güclənir:


“İnsanlar kartdakı pulu həm gündəlik alış-verişdə, həm də xidmətlər üçün birbaşa istifadə edir, nağdlaşdırmağa ehtiyac duymurlar. Bu da iqtisadi baxımdan daha rahat və sərfəli ödəniş üsulu kimi qəbul olunur”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR