Torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - MƏBLƏĞLƏR

Torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - MƏBLƏĞLƏR
Kateqoriya məlum deyil
T

Sahibkarlıq və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahələri satışa və icarəyə çıxarılacaq.


Sfera.az-ın əldə etdiyi məlumata görə, torpaq müsabiqə və hərracları 26 noyabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.

 

Satışa çıxarılan torpaq sahələrinin qiymətləri yerləşdiyi zonadan və məqsədindən asılı olaraq dəyişir.

 

Qeyd edək ki, satış məqsədilə ən ucuz təklif 27 kv.m sahəli torpaq üzrə 1,300.00 AZN təşkil edir, ən baha satış isə 1,200 kv.m sahə üçün 15,600.00 AZN-dir. İcarə üçün ən aşağı hərracda ilkin qiymət 130.00 AZN (1.3 ha), ən yüksək isə 5,785.00 AZN (57.85 ha) səviyyəsində müəyyən olunub./baku.ws

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR