Azərbaycanda avtomobil hərracı keçiriləcək

Azərbaycanda avtomobil hərracı keçiriləcək
Kateqoriya məlum deyil
T

Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

 

Sfera.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 160 min 295 manat olan 62 nəqliyyat vasitəsi çıxarılacaq.

 

hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR