Rusiyadan ən çox nefti bu ölkələr alır

Rusiyadan ən çox nefti bu ölkələr alır
Kateqoriya məlum deyil
T

ABŞ-nin sərt sanksiyalarına baxmayaraq, 2025-ci ildə Rusiya hələ də dünyanın əsas neft ixracatçılarından biri olaraq qalır.

 

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı son məlumatlara görə, Rusiyanın xam neft ixracı son illərdə əsasən Asiya və Okeaniya regionlarına yönəlib, Avropaya tədarük isə kəskin azalıb.

 

Sfera.az xəbər verir ki, 2024-cü ildə Rusiyanın xam neft və kondensat ixracı gündəlik 4,8 milyon barrel təşkil edirdisə, 2025-ci ilin ilk yarısında bu rəqəm 4,3 milyon barrelə düşüb. Lakin EIA-nın qeyd etdiyi kimi, əsas dəyişiklik ixrac həcmlərində deyil, ixrac istiqamətlərində baş verib. 2020-ci ildə Avropa Rusiyadan ixrac olunan neftin 51 faizini alırdı. Lakin Ukraynaya hərbi müdaxilədən və sanksiyalardan sonra bu pay 2024-cü ildə 12 faiz, 2025-ci ilin ilk yarısında isə 11 faiz səviyyəsinə qədər azalıb. Avropada Rusiyadan neft alan azsaylı ölkələr arasında Türkiyə, Macarıstan və Slovakiya önə çıxır. Bunun əvəzində, Asiya ölkələri Rusiya neftinin əsas alıcılarına çevrilib.

 

2020-ci ildə Asiya və Okeaniya ölkələrinin ümumi payı 41 faiz idisə, bu göstərici 2025-ci ildə təxminən 82 faizə yüksəlib. Rusiya neftinin ən böyük alıcısı Çindir. Bu ölkəyə ixrac 2020–2024-cü illər arasında gündə 500 min barrel artaraq, 2024-cü ildə 2,2 milyon barrel, 2025-ci ilin ilk yarısında isə 2 milyon barrel olub. Hindistan da Rusiyadan neft idxalını sürətlə artıran ölkələrdən biridir.

 

2020-ci ildə gündə cəmi 50 min barrel neft alan Hindistan, 2025-ci ilin ilk yarısında bu həcmi 1,6 milyon barrelə çatdırıb. Bundan əlavə, Türkiyə də Rusiyadan xam neft və neft məhsulları almaqda davam edir. 2024 və 2025-ci illərdə Avropaya gedən Rusiya neftinin yarıdan çoxu Türkiyə istiqamətində olub.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR