Qızıl ucuzlaşır? - AÇIQLAMA

Qızıl ucuzlaşır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son günlər dünya bazarlarında qızılın qiyməti enməkdə davam edir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri azalaraq, 4115,17 ABŞ dollarına çatıb. 

 

Ötən gün bu göstərici 4090,06 dollar idi. Analitiklərin artım yönümlü proqnozlarına baxmayaraq, qiymətli metalın dəyərində müşahidə olunan azalma bazarlarda gözləntiləri dəyişib. Belə ki, proqnozlara görə,  2025-ci il qiymətli metalın qiyməti orta hesabla 4400 dollar civarında olacaq. Hətta "Bank of America" (BofA) analitikləri 2026-cı il üçün qızılın qiyməti ilə bağlı proqnozlarını bir unsiya (31 qram) üçün 5000 dollara qaldırıblar.

 

Maraqlıdır, ekspertlərin əvvəlcədən verdiyi proqnozlar özünü doğruldacaqmı?

 

Sualımızı cavablandıran iqtisadçı-ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, ucuzlaşma cəmi bir neçə gün davam edəcək. Onun sözlərinə görə, son aylar ərzində, ardıcıl davam edən artımın fonunda bu çox aşağı bir şeydir:

 

 

“Son aylarda qiymətlər xeyli artıb, indi bir neçə gün ərzində biraz düşüb. Ona görə ki, qızıla təlabatda daimi deyil. Yəni, hamı daim qızıl almır. Xatırladıram ki, qızılın gündəlik hasilatı sabitdir. Hamı gündə nə qədər qızıl hasil olunduğunu bilir. Bu baxımından da, bu aydın məsələdir”.

 

Ekspert qiymət enməsinin uzunmüddətli proses olmadığını və əsas göstərici sayılmadığını vurğuladı:

 

“Yəni, ola bilsin, qızılın qiyməti bir neçə gün azalmış olsun, amma növbəti mərhələlərdə arta-arta gedəcək. Çünki əsas göstərici qızılın bahalaşması deyil, pulun ucuzlaşmasıdır. Dünyada pul vahidləri ucuzlaşır. Əsl səbəb elə budur”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR