Minimum əməkhaqqı artımları: Hansı illərdə dəyişiklik olmayıb?

Azərbaycanda gələn il minimum əməkhaqqının artmayacağı, builki kimi 400 manat olacağı gözlənilir. Bununla bağlı məlumat 2026-cı ilin dövlət büdcəsinə dair qanun layihəsində öz əksini tapıb.
Sfera.az xatırladır ki, Azərbaycanda minimum əməkhaqqının hər il artırılması ənənəsi yoxdur.
Artımlar adətən iqtisadi göstəricilərdəki dəyişiklik və dövlət büdcəsinin imkanlarından asılı olaraq həyata keçirilir.
Minimum əməkhaqqı illər ərzində qeyri-müntəzəm şəkildə artırılıb. Uzun fasilələrlə artımlar baş versə də, son illərdə bu göstərici nisbətən daha stabil və mərhələli şəkildə yüksəlib. 2025-ci ildən etibarən minimum əməkhaqqı 400 manat təşkil edir.
Azərbaycanda minimum aylıq əməkhaqqı müxtəlif illərdə aşağıdakı səviyyələrdə müəyyən edilib:

Cədvəldən göründüyü kimi, 2006, 2009, 2012, 2014, 2015, 2016, 2020, 2021 və 2024-cü illərdə minimum maaş artırılmayıb. Əvəzində 2004, 2005, 2007, 2008 və 2019-cu illərdə minimum əməkhaqqındakı artıma 2 dəfə baxılıb.
Ümumilikdə, 2003-2025-ci illərdə minimum aylıq əməkhaqqı nominal ifadədə 44,4 dəfə artırılıb.
Fidan Hacızadə
Sfera.az






