“Çinə vergilər davamlı tətbiq edilməyə bilər” – Tramp

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara tətbiq ediləcək 100 faiz əlavə gömrük rüsumlarının uzunmüddətli olmadığını bildirib.
Sfera.az xəbər verir ki, Tramp “Fox Business Network” kanalına açıqlamasında, bu qərarı verməyə Çin hökumətinin siyasətinin məcbur etdiyini deyib:
“Bu, davamlı deyil, amma indi belədir. Çin bizi bu addımı atmağa məcbur etdi”.
Prezident qeyd edib ki, noyabrın 1-dən qüvvəyə minəcək gömrük vergilərindən əvvəl Çin lideri Si Cinpin ilə görüşəcək. Tramp münasibətlərin gələcəkdə yaxşı olacağına inandığını vurğulayıb.
Məlumata görə, Tramp və Si Cinpinin ayın sonunda Cənubi Koreyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində bir araya gəlməsi planlaşdırılır.
Bəsti Rəfizadə
Sfera.az






