ABŞ Çinlə ticarət müharibəsi aparır - Tramp

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika Birləşmiş Ştatları hazırda Çinlə ticarət müharibəsi vəziyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
“Biz hazırda bu müharibənin içindəyik”, – deyə Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlə bağlı sualı cavablandıran zaman deyib.
Tramp və Si Cinpin arasında görüşün Cənubi Koreyada oktyabrın sonu, noyabrın əvvəllərində keçiriləcək APEC sammiti çərçivəsində baş tutacağı gözlənilir.
Niyaz Hacıyev
Sfera.az






