Bakıda taksi sayı limitdən azdır - Ekspert

Bakıda taksi sayı limitdən azdır - Ekspert
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin sayına məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 (iyirmi beş min) müəyyən edilib.

 

Bəs görəsən taksilərin sayına qoyulan limit yetərlidirmi?

 

Sualımızı cavablandıran nəqliyyat eksperti Aslan Əsədov Sfera.az-a bildirdi ki, Bakıda əvvəllər taksilərin sayı çox olub. 

 

Ekspert qeyd etdi ki, buna görə də taksilər daha əlçatan idi. 

 


A.Əsədov bildirdi ki, qoyulan limit az görünsə də hazırda Bakıda bu sayda lisenziyalı taksi yoxdur:

 

“Taksilərin sayının artması üçün kifayət qədər işlər görüldü. Amma hazırda lisenziya alan, avtomobili yeni olan taksilərin sayı  25 mindən azdır. Məlumatlara əsasən, Bakıda təxminən 20 min taksi var. Bu o deməkdir ki, ayrılan kvotaya biz hələ gəlib çatmamışıq”.

 

Ekspert düşünür ki, kvotaya çatdıqdan sonra limit yenidən artırılacaq:

 

“Bu say 30 min, 40 min də ola bilər. Say artacaq. Çünki taksiyə tələb artacaqsa onların da sayının artırılması vacibdir".

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR