Azərbaycan nefti daha 2 dollar ucuzlaşdı

Kateqoriya məlum deyil
T
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları, yaxud 3,27 % azalaraq 64,11 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında isə FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,2 ABŞ dolları və ya 3,4 % azalaraq 62,44 ABŞ dolları təşkil edib.
Ucuzlaşma "Brent" markalı neftin qiymətində də görünüb. "Brent" neftinin dekabr fyuçerslərinin qiyməti 62,58 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.






