Qızıl digər qiymətli metalları da bahalaşdırır

2025-ci ilin oktyabr ayında qızılın qiymətində əhəmiyyətli artım müşahidə olunur. Ekspertlərin bildirdiyinə görə, qızılın bahalaşması digər qiymətli metalların da qiymətini artırıb.
Sfera.az xəbər verir ki, qızılın qiyməti ilin əvvəlindən 51% artaraq 4 179 dollara çatıb.
Gümüşün isə qiyməti 53 dollara çatmaqla ilin əvvəlindən 85% yüksəlib. Analitiklər bunu sənaye tələbatı və investor marağının artması ilə izah edirlər.
Platin 2025-ci ildə 80% artaraq 1 458,8 dollara çatıb. Artımın əsas səbəbi avtomobil sənayesində tələbatın yüksəlməsi və bazarda defisitin davam etməsidir.
Bürüncün bir tonunun qiyməti 11 000 dollar səviyyəsinə yüksəlib. ABŞ dollarının zəifləməsi və əsas mədənlərdəki pozuntular qiymət artımına səbəb olub.
Ekspertlər bildirir ki, qızılın qiymətinin artması investorları digər qiymətli metallara yönəldir və bazarda ümumi yüksəliş tendensiyasını formalaşdırır.
Qiymətli metalların bahalaşması həm investorlar, həm də sənaye sahələri üçün gələcək planlaşdırmada əhəmiyyətli göstərici kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






