Türkiyə Azərbaycanda silah istehsalını genişləndirir

Türkiyə Azərbaycanda silah istehsalını genişləndirir
Kateqoriya məlum deyil
T

Azərbaycanda Türkiyənin daha bir müdafiə sənayesi şirkəti fəaliyyətə başlayır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Makine ve Kimya Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb. Türkiyə müdafiə sənayesi şirkətlərinin ölkəmizdə istehsal fəaliyyətinə başlaması həm yerli istehsalın inkişafına, həm də müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə imkan yaradır.


Mövzu ilə əlaqədar olaraq Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, bütün ölkələr müdafiə məhsullarının istehsalını təşkil etməyə çalışır. 

 

Onun sözlərinə görə, amma hər ölkə buna nail ola bilmir: 

 

 

“Dronları bizə normal bazar qiymətləri ilə satırdılar. Satmaya da bilərdilər. Çünki yüksək texnoloji məhsulları ancaq qardaş qardaşa, dost dosta, müttəfiq müttəfiqə satır. İstehsalın təşkili, istehsal olan məhsulların ölkəmizdən ixracına gətirib çıxaracaq. Birinci ixracımızı artıracaq, ikinci ölkədə iş yerlərinin açılmasına təkan verəcək. Üçüncüsü ölkəmizə valyuta axını gələcək. Dördüncüsü isə, bu məhsulları daha əlverişli qiymətə alacayıq. Ölkədəki bütün istehsallar ölkəyə bu faydaları gətirir”.


Müsahibimiz qeyd etdi ki, müdafiə sənayesi məhsullarının istehsalı təkcə hərbi baxımdan önəmli deyil: 


“Həmin hərbi-sənayenin ölkədə formalaşdırılması da, bu sahə üzrə mütəxəssislərin formalaşmasına da müsbət təsir göstərir. Söhbət təkcə pul gəlsin demək deyil. Həm də o sahədə işçilərimiz bilik əldə edir. Ölkədə yan sahələr inkişaf edir. İnsanların təcrübəsi artır. Regionlar bundan faydalana bilir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR