Əhali ən az depoziti bu banklarda saxlayır – ADLAR
Azərbaycan bank sektorunda aparılan araşdırmaya əsasən əhalinin ən az depozit yerləşdirdiyi bankların siyahısı məlum olub.
Sfera.az xəbər verir ki, məlumata əsasən, ən az depozit saxlanılan banklarda əhalinin vəsaitinin həcmi 300 milyon manatdan azdır.
Həmin banklar aşağıdakılardır:
"Expressbank" — 278 milyon manat;
"Bank BTB" — 145 milyon manat;
"AFB Bank" — 141 milyon manat;
"VTB Bank" — 140 milyon manat;
"Bank Avrasiya" — 53 milyon manat;
"Bank Melli İran" — 36 milyon manat;
Adıçəkilən banklarda əmanətlərin azlığı həmin banklara olan inamın zəif olması ilə bağlıdır. Əhali banka əmanət yerləşdirən zaman ilk növbədə onun dayanıqlılığına, bank sektorundakı nüfuzuna, etibarlılığına diqqət yetirir. Haqqında neqativ məlumatların dolandığı banklara əhalinin etibarı zəif olur.
Bəsti Rəfizadə
Sfera.az






