“Xiaomi" “iPhone 17 Pro”ya rəqib hazırlayıb - Yeni model - FOTO

&ldquo;Xiaomi&quot; &ldquo;iPhone 17 Pro&rdquo;ya rəqib hazırlayıb - Yeni model - <span style="color:#ff0000">FOTO</span>
Kateqoriya məlum deyil26.09.25, 11:58437 👁️
T

Çinli texnologiya şirkəti “Xiaomi” yeni flaqman modeli “Xiaomi 17 Pro”nu rəsmi olaraq təqdim edib. Şirkət cihazı birbaşa “iPhone 17 Pro”ya rəqib kimi bazara çıxarıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təqdimat zamanı diqqət çəkən əsas yenilik cihazın arxa kamera blokuna yerləşdirilən 2,7 düyümlük ikinci ekran olub.

 

Bu kiçik ekran vasitəsilə istifadəçilər bildirişləri izləyə, saatı yoxlaya və arxa kameralarla selfi çəkə biləcəklər.


Yeni modelin əsas ekranı 6,3 düymlük AMOLED paneldir və 120 Hz yenilənmə tezliyi ilə yanaşı, 3 500 nit parlaqlıq təklif edir.


Cihaz “Qualcomm Snapdragon 8 Elite Gen 5” prosessoru ilə təchiz olunub və yüksək performans təmin edir. Kamera sahəsində isə “Xiaomi” ilə “Leica” əməkdaşlığı davam edir. Arxa paneldə 50 MP əsas kamera, 50 MP 5x periskop telefoto, 50 MP ultra geniş bucaqlı kamera, ön hissədə isə 50 MP selfi kamerası yerləşdirilib.
Enerji təminatında 6 300 mAh tutumlu batareya və 100W sürətli batareya dəstəyi istifadə edilib. Şirkət qeyd edib ki, ikinci ekran və 5x telefoto linza səbəbindən standart modeldəki 7 000 mAh batareyadan imtina edilib.


“Xiaomi 17 Pro”nun başlanğıc qiyməti Çində 12 GB RAM və 256 GB yaddaş versiyası üçün 4 999 yuan (təxminən 700 ABŞ dolları) olaraq açıqlanıb.


Bəsti Rəfizadə
Sfera.az

 

 

 

PAYLAŞ
Sehliyali
Yüklənir...