Bakıda 8 ayın inşaat göstəriciləri açıqlanıb


Bakıda 8 ayın inşaat göstəriciləri açıqlanıb
Kateqoriya məlum deyil24.09.25, 13:4920 👁️
T

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb

 

Bildirilib ki, ötən 8 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,5 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,7 %-ini cari təmir, 3 %-ini isə sair tikinti işləri təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,6 %-ini cari təmir, 3,6 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

PAYLAŞ
Sehliyali
Yüklənir...